ABŞ Federal Ehtiyyatlar Sisteminin sərt monetar siyasəti fonunda dollar dünya birjalarında kəskin bahalaşa da, hazırda dollar indeksində müşahidə olunan korrektiv enişlər EUR/USD, GBP/USD kimi digər major cütlüklərdə də dolların bir qədər ucuzlaşmasına səbəb olur.
Təhlillərə əsasən dollar indeksindəki düşüş davam edərsə, EUR/USD və GBP/USD cütlüklərinin müvafiq olaraq 1.0660 və 1.2480 hədlərinə qədər bahalaşa bilər.
Hazırda qiymətli metallar bazarında 1840$ hədlərində ticarət olunan qızıl 1846$ həddinin üzərinə yüksəlsə, 1864$-a kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarında isə bitkoin ucuzlaşmaqda davam edir. Qiyməti 20000$-lıq dəstək səviyyəsinin altında saxlaya bilsələr, “Ayılar” eniş tendensiyasını 17000$-a kimi davam etdirə bilərlər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.