«Assist Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi 13% azalıb, əməliyyat sayı isə artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında "Assist Finance İnvestisiyaŞirkəti" ASC-nin birja dövriyyəsi 3 milyard 29 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 467,1 milyon manat və ya 13,4% azalıb.
Bu dövrdə ASC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 110,6 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 108,5 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 685,5 milyon manat, səhmlər üzrə dövriyyəsi 370 min manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 2,11 milyard manat olub.
Cari dövrdə «Assist Finance»ın korporativ istiqrazlar üzrə dövriyyəsi 199,3 milyon manat (41,0%), ARMB qiymətli kağızları üzrə dövriyyəsi isə 22,1 milyon manat (24,9%) artıb. Əksinə, səhm əməliyyatlarında kəskin azalma qeydə alınıb: dövriyyə 12,5 milyon manat və ya 34,7 dəfə azalıb. Həmçinin, dövlət istiqrazları üzrə dövriyyə 229,8 milyon manat (-3,1 dəfə), repo əməliyyatları üzrə dövriyyə isə 456,4 milyon manat (-17,8%) enib.
Dövriyyə həcmindəki azalmaya baxmayaraq, yanvar-iyul aylarının nəticələrinə görə, «Assist Finance»ın əməliyyatlarının sayı 172 ədəd (16,1%) artımla 1,240-a bərabər olub.