«Apple» - dünyada bazar kapitalizasiyası 3 trilyon dolları keçən ilk şirkət oldu.
FED.az xəbər verir ki, bu Bratinyanın bütün iqtisadiyyatından, Almaniyanın isə ümumi fond bazarından böyükdür.
Yanvarın 3-də Nasdaq birjasında hərracların gedişində «Apple»nin səhmlərinin qiyməti 3% artaraq 182,86 dollara çatıb, nəticədə şirkətin ümumi dəyəri 3 trilyon dolları ötüb. Beləliklə, 2020-ci ilin martından bəri, hansı ki, şirkətin səhminin qiyməti minimuma düşmüşdü, «Apple»nin səhmləri 3 dəfə bahalaşıb. 2021-ci ilin əvvəlindən isə qiymətlər 38% artıb.
2021-ci ilin 3-cü rübündə «Apple»ın gəlirləri $83,36 milyard olub. Beləliklə, «Apple» - bazar kapitalizasiyası 3 trilyon dollarım keçən ilk şirkətdir. Bu Almaniyanın bütün fond bazarının həcmindən, Britaniyanın isə bütün iqtisadiyatından yüksəkdir. Bloomberg yazır ki, şirkətin belə yüksəlişinin səbəbi istehlakçıların diqqətini çəkən məhsulların buraxılmasıdır. Nəticədə indi investorlar bazardakı volotillik şəraitində «Apple»nin səhmlərini pul yatırmaq üçün daha etibarlı aktiv sayırlar.
Qeyd edək ki, 2018-ci ildə «Apple» bazar kapitallaşması 1 trilyon dolları keçən ilk şirkət oldu. Ondan sonra trilyon dollarlıq həddi Microsoft, Amazon, Alphabet (Google-un sahibi), Facebook və Saudi Aramco neft şirkəti keçib. «Apple»in 2 trilyonluq həddi keçməsindən sonra isə cəmi il yarım vaxt keçib.