Artırılan faiz dərəcələrinə baxmayaraq yüksələn inflyasiya və artmaqda davam edən resessiya qorxuları fonunda çərşənbə günü avro və funt yenidən ucuzlaşmağa başlayıb. Yüksələn dollar indeksi fonunda digər aparıcı valyutalar, eləcə də qızıl dollar qarşısında zəifləyir. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 0.96$ və 1.10$-a kimi ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 15:00-da TCMB-nin faiz qərarı investorların diqqət mərkəzində olacaq.
Çərşənbə günü 1625$-a kimi dəyər itirən qızıl, buradən dəstək görərək bir qədər bahalaşdı. Hazırda 1632$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1625$-ın altına düşsə, 1610$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.