"Alibaba Group" Honq-Konq birjasında planlaşdırılan listinqini təxirə salıb.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, buna hazırda davam edən hökümət əleyhinə etirazlar səbəb olub.
Qeyd edilir ki, şirkət üçüncü rübə planlaşdırılan listinqdən 15 milyard ABŞ dolları əldə etmək niyyətində idi. İndi isə listinq hər hansı konkret tarixsiz 4-cü rübə keçirilir.
Xatırladaq ki, iyunun əvvəlindən ekstradisiya haqqında yeni qanunla əlaqədar olaraq Honq-Konqda etirazlar davam edir.