Misin qiyməti il ərzində 35 faiz bahalaşaraq 12 min dollara çatıb. Bu bahalaşma digər məhsullarda da qiymət artımı ilə nəticələnəcək.
Misin qiyməti tarixdə ən yüksək səviyyədə
FED.az xəbər verir ki, bu barədə “Reuters”ə avropalı ekspertlər bildiriblər. Onların fikrincə, buna paralel olaraq qlobal bazarda kompüter texnologiyaları, məişət texnikası və rəqəmli texnikalar da bahalaşacaq.
Bildirilib ki, mis sözügedən məhsulların istehsalında vacib komponentdir. Lakin yaxın həftələrdə qiymət artımı barədə danışmaq hələ tezdir. Qiymət artımını istehlakçılar ən tezi gələn yayda hiss edəcəklər. (Azərtac)











