“AGBank” ASC-nin səhmləri “Bakı Fond Birjası” QSC-də (BFB) listinqə daxil edilib.
FED.az BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızların ticarət 13-22noyabr tarixlərində həyata keçiriləcək.
Ticarətə hər birinin nominl dəyəri 2 manat olan 2,9 milyon ədəd səhm buraxılacaq. Prosesin yekununda “AGBank”ın nizamnamə kapitalı 5,8milyon manat və yaxud 5,6% artaraq 103,4 milyon manatdan 109,2milyon manata çatmalıdır.
6 Noyabr 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AG Bank” ASC-nin qiymətli kağızları BFB-də listinqə daxil edilmişdir:
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri | Q/k-ın ilkin ticarət qiyməti |
1 | AZ1001000970 | Sənədsiz adlı adi səhm | 2 900 000 (ədəd) |
13.11.2018 - 22.11.2018 | 2.00 AZN |
Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Unicapital İnvestisiya şirkəti” QSC-dir. Ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir