Banner

Birja

ABŞ-ın sanksiyaları öz şirkətlərini də “vurub” – SƏHMLƏRİ UCUZLAŞIB

ABŞ-ın sanksiyaları öz şirkətlərini də “vurub” – SƏHMLƏRİ UCUZLAŞIB | FED.az
13:23 21 May 2019

ABŞ hökumətinin Çinin «Huavey» şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar onun öz şirkətlərinə də baha başa gəlib. FED.az xəbər verir ki, ABŞ hökuməti öz şirkətlərinə «Huavey»lə əməkdaşlığı qadağan edəndən sonra indiyədək Çin şirkəti ilə əməkdaşlıq edən şirkətlərin səhmləri ucuzlaşmağa başlayıb.

Belə ki, «Huavey»in əsas tərəfdaşlarından olan – onu proqram təminatı və Android sistemi ilə  təmni edən «Google» şirkətinin səhmləri son 3 gün ərzində 4% ucuzlaşaraq 1192 dollardan 1144 dollara enib.

Ümumiyətlə sanksiyalarla bağlı müzakirələr başlayandan bəri «Google»nin səhmləri 12%-ə yaxın dəyər itirib.

Digər iri şirkət –«Huavey»i prosessorla təmin edən «Qualsomm» şirkəti də dəyər itirməyə başlayıb. Son 3 gündə şirkətin səhmləri 11,8% ucuzlaşaraq 86,9 dollardan 76,6 dollara enib. Mayın 3-dən indiyədək isə «Qualsomm»un səhmləri 14% ucuzlaşıb.

«Huavey»iin digər amerikalı tərəfdaşı məşhur «İntel» korporasiyası da, sanksiyalar nəticəsində iri müştərisini itirməkdən əziyyət çəkir. Son 3 gündə şirkətin səhmləri 45,83 dollardan 43,56 dollara enməklə 5%-ə yaxın azalıb.

Son bir ayda isə «İntel»in səhmlərində 26%-ə yaxın azalma var. 

Digər xəbərlər

Banner