Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq inflyasiya göstəriciləri öncəsi dollar indeksi geriləyərək 102.80 bənd hədlərinə düşüb. İnflyasiyanın artım tempi proqnozlaşdırılan kimi azalma ilə açıqlanarsa, dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edə bilər.
Rusiyada avro və dollar bahalaşır - Apreldən bəri ilk dəfə 79 rublu keçdi
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə aşıqlanacaq əmək bazarına dair statistik göstəricilər, eləcə də saat 14:00-da Avrozonada ÜDM-in həcmi EUR/USD və GBP/USD məəzənnələrində, dolayısı ilə DXY-da tendensiyanın gedişatına ciddi təsir edə bilər.
Dolların ucuzlaşması fonunda qızıl aktuallığını qoruyur. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1850$ səviyyəsinin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.
Məlumat ““İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.