"ABB İnvest İnvestisiya Şirkəti”nin dövriyyəsi 75%-dən çox artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında şirkətin birja dövriyyəsi 20 milyard 868 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 8 milyard 958 milyon manat və ya 75,2% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 146,4 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3,22 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 125 milyon manat, səhmlər üzrə dövriyyəsi 10,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 17,36 milyard manat olub.
Cari dövrdə «ABB İnvest»in dövlət istiqrazları üzrə dövriyyəsi 2,59 milyard manat (5,1 dəfə), repo əməliyyatlarının dövriyyəsi 6,31 milyard manat (57,2%), ARMB qiymətli kağızları üzrə dövriyyəsi isə 45,6 milyon manat (45,2%) artıb. Səhmlər üzrə dövriyyədə isə misli görünməmiş artım qeydə alınıb: 10,7 milyon manat və ya 102,7 dəfə. Yeganə cüzi azalma korporativ istiqrazlar seqmentində baş verib - 258 min manat (0,2%) azalma.
Yanvar-iyul aylarının nəticələrinə görə, «ABB İnvest»in əməliyyatlarının sayı 14,313 ədəd və ya 9,7 dəfə artımla 15,951-ə bərabər olub.