Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin Mərkəzi Bankın notları ilə apardıqları əməliyyatların həcmi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdim olunan rəsmi statistikada əsasən siyahıya mütləq liderliyi "Assist Finance İnvestisiya Şirkəti" ASC edir. Bu şirkət tərəfindən Mərkəzi Bankın notları ilə aparılan əməliyyatların həcmi 63 milyon 485 min 52 manat təşkil edib.
İkinci pillədə 28 milyon 622 min 574 manatlıq göstərici ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
İlk üçlüyü 25 milyon 667 min 401 manat həcmlə "Unicapital İnvestisiya Şirkəti" ASC tamamlayır.
Dördüncü yerdə isə 22 milyon 825 min 842 manatlıq əməliyyat həcmi ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC gəlir.
Sıralamanın davamına nəzər saldıqda, "Capital Partners İnvestisiya Şirkəti" QSC-nin 12 milyon 671 min 62 manatlıq əməliyyat həcmi ilə beşinci yerdə qərarlaşdığını görmək mümkündür.
Növbəti yerləri tutan "CPM-İnvest İnvestisiya Şirkəti" QSC-də müvafiq göstərici 10 milyon 944 min 25 manat, "Troni İnvestisiya Şirkəti" QSC-də isə 9 milyon 950 min 84 manat olaraq rəsmiləşib.
Cədvəlin sonlarına doğru rəqəmlər daha da azalır.
Belə ki, səkkizinci yerdə qərarlaşan "İnvest-Az İnvestisiya Şirkəti" ASC-də əməliyyatların həcmi 4 milyon 974 min 580 manat, doqquzuncu yerdə olan "MFX Trading İnvestisiya Şirkəti"ndə 4 milyon 973 min 964 manat, onuncu yerdəki "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC-də isə 2 milyon 934 min 876 manat təşkil edib.
Siyahının ən sonuncu üç pilləsində yer alan qurumlar – "İnno Kapital İnvestisiya Şirkəti" ASC, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC və ASC "Xalq" Bankı isə sözügedən dövr ərzində Mərkəzi Bankın notları ilə heç bir əməliyyat həyata keçirməyib və onların göstəriciləri sıfıra bərabər olub.












