Gümüş aktivlərinə tələbin artması və pərakəndə bazarlarda intensiv alışların təsiri ilə 100 dollar həddini keçərək yeni rekord qırıb.
Qızılın qiyməti 5 min dolları ötdü - SON QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, gümüşün bir unsiyasının qiyməti son 24 saatda 7,45% bahalaşaraq 103,3 dollara çatıb.
Gümüşün bir unsiyasının qiyməti son bir ayda 31,4 dollar (43,7%), son bir ildə 72,8 dollar (3,4 dəfə), son beş ildə isə 77,8 dollar (4,1 dəfə) bahalaşıb.
Belə ki, gümüşün bir unsiyasının qiyməti bir ay əvvək 71,9 dollar, bir il əvvəl 30,5 dollar, 5 il əvvəl isə 25,5 dollar təşkil edib.
Qiymətli metallara investor tələbi ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki ikinci prezidentliyinin ilk ilində ticarət, geosiyasi və pul siyasəti ilə bağlı artan gərginlik səbəbindən güclənib.
Gümüşün bu həftəki yüksəlişi isə Vaşinqtonun Avropalı müttəfiqləri ilə münasibətlərində yaranan fikir ayrılıqları və Ukraynadakı müharibəni sona çatdırmaq üçün atılan son addımların hələlik nəticə verməməsi ilə daha da sürətlənib.
Bundan əlavə, ABŞ Mərkəzi Bankının (FED) müstəqilliyi ilə bağlı müzakirələr də tələbi artırıb. Trampın növbəti FED sədri ilə bağlı məsləhətləşmələri tamamladığını açıqlaması, mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları yenidən gündəmə gətirərək qiymətli metalların qiymətini yüksəldib.












