Cənub-Şərqi Asiya regionunun texnoloji startapları ötən il 340 milyard dollar həcmində qiymətləndirilib.
FED.az bölgənin ən iri vençur kapital firmalarından olan Jungle Ventures-ə istinadla xəbər verir ki, 2025-ci ilə qədər bu rəqəm üçqat artacaq.
Bu iddia kifayət qədər əsaslıdır. Google və Sinqapurun dövlət investisiya fondu Temasein birgə hesabatına görə, internet iqtisadiyyatının həcmi Sinqapur, Filippin, Malayziya, İndoneziya, Vyetnam və Taylandda 2025-ci ilə qədər 300 milyard dolları keçəcək. Region dünyada ən çox əhali sayına malik bölgələrdən biridir - 400 milyon nəfər. Əhalinin 10%-i ötən il ilk dəfə internetlə tanış olub.
Cənub-Şərqi Asiya startapları cari ilin ilk rübündə 6 milyard dollar vəsait cəlb edib. Bunların arasında ən böyükləri 40 milyard dollara yaxın dəyəri olan Sinqapur startapı Grab və İndoneziyanın iki texnoloji şirkətinin birləşməsindən yaranan 35 milyard dollarlıq GoTo-dur. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür