Foreks bazarlarında bayram əhval-ruhiyyəsi və 2022-ci il üzrə qeyri-müəyyənliklər aparıcı qüvvə olaraq qalır. Bununla yanaşı, İrana qarşı sanksiyaların aradan qaldırılmasının yenidən müzakirə edilməsi, Amerikada Konqres binasına edilən hücum ətrafında siyasi qarşıdurmanın güclənməsi, Korona məhdudiyyətlərin, xüsusilə Avropada yenidən gücləndirilməsi nəticəsində iqtisadi risklərin artması da investorların diqqət mərkəzindədir.
İranın yenidən maneəsiz neft ixrac etməsi ehtimallarının əmtəə qiymətlərini ucuzlaşdırması və beləliklə, inflyasiyanın düşməsi ilə bərabər, inkişaf etmiş bazarlarda da risklərin artması, gələcəyə dair analizi çətinləşdirir. Bazarda təklif artsa da reallaşmadığı təqdirdə, bu, qiymətlərdə güclü ucuzlaşmaya səbəb olmur.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.