“Ziraat Bank Azərbaycan” bu ilin 3-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin 9 ayı ərzində bankın cəmi aktivləri 227 mln 811 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,73% çoxdur.
Bank ötən illə müqayisədə bu il müştərilərinə verdiyi kreditin məbləğini 37,39% artrıraraq 130 mln 593 min manata çatdırıb. Bankın öhdəlikləri son bir ildə 6,15% artaraq 156 mln 942 min manat olub. Cəmi kapitalı isə 4,80% artaraq 70 mln 860 min manat təşkil edib.
Bankın faiz gəlirləri 33,66% artaraq 13 mln 018 min manat, faiz xərcləri 11,35% artaraq 3 mln 530 min manat, xalis faiz gəliri 11,19% 7 mln 145 min manat, qeyri-fazi gəlirləri 20,36% azalaraq 2 mln 761 min manat, qeyri-fazi xərcləri isə 7,82% artaraq 5 mln 968 min manat təşkil edib.
2019-cu ilin yanvar-sentyabr dövründə “Ziraat Bank Azərbaycan” nın cəmi gəlirləri 15 milyon 780 min manat, cəmi xərcləri isə isə 11 mln 842 min manat təşkil edib. Ötən illə müqayisədə bankın cəmi gəlirləri 15,77% artıb. Xərcləri isə 36,03% artaraq 8 mln 705 min manat təşkil edib.
Bank 86 min manat mənfəət vergisi ödədikdən sonra 3 mln 8 min manat xalis mənfəətə çıxıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 87,50% çoxdur.