FED.az xəbər verir ki, “Yelo Bank” ASC inzibati binası üçün sinxron prinsiplə işləyən elektrik generatorların alınması məqsədilə açıq tender elan edir
Generatorlar üzrə tələblər aşağıdakı kimidir:
Generator sayı – 3 ədəd
Generatorun iş prinsipi – sinxron
Generator gücü – 410 kVa
Sinxron panel – 1 ədəd
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
- Təqdim ediləcək məhsulun keyfiyyəti
- Təklif ediləcək məhsulun qiyməti
- İştirakçı şirkətin bu sahədə təcrübəsi
- Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
- Müqavilənin icra müddəti
- Avadanlıqlara texniki servis xidmətinin müddəti
- Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
Tender təklifi
- Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 24 Dekabr 2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
- Müqavilənin icra müddəti
- Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
- Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.
- Ödəniş və digər şərtlər
- Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir.
- Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
- Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
- Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
- Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
- Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
- Müqavilə imzalanana qədər Bank satın alınacaq avadanlıqların sayınının artırılması və ya azaldılması hüququna malikdir.
- Satınalan təşkilatın ünvanı
- Bakı ş. Puşkin küçəsi 30, AZ1010
- Əlaqələndirici şəxslər:
Elşad F. Rəhimov
İnzibati və Təchizat departamentinin
Baş mütəxəssisi
+99412 981 daxili 1974
+99455 2140087
- Tenderin nəticəsi haqqında məlumat
- Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.