Bank sahəsində karyera qurmaq istəyən tələbələr üçün əla fürsət yaranıb.
Yeni eviniz - "YELO BANK"DAN OLSUN
"Yelo Bank" fərqlənmək və inkişaf etmək istəyən gənclər üçün “Walk and Talk” layihəsini başladır.
FED.az xəbər verir ki, bu layihə təmiz hava, gəzinti və mentorluq kimi üç meyarı özündə cəmləşdirir. Lahiyə çərçivəsində Yelo-nun fərqli departament rəhbərləri gənclərə özünü peşəkar kimi yetişdirmək, bankda karyera qumaq üçün məsləhətlər verəcək və onlarla səhər yeməyində iştirak edəcəklər.
Gəzinti zamanı müxtəlif maraqlı kvestlər və tapşırıqlar yerinə yetiriləcək. İştirak etmək üçün namizədlərdən özləri haqqında 1 dəqiqəlik qısa video çəkmələri, bu videonu #yelowalkandtalk heştəqi ilə öz sosial media hesablarında hər kəsə açıq paylaşmaları tələb olunur. Hazır videonun linkini isə qeydiyyat üçün yaradılmış xüsusi sorğuda yerləşdirmək lazımdır.
Qeyd edək ki, layihə üçün seçiləcək iştirakçıların sayı məhduddur. Odur ki, parlaq Yelo komandası ilə dəyərli təcrübə toplamaq istəyirsinizsə, vaxt itirmədən qeydiyyatdan keçməyiniz tövsiyə olunur. Son müraciət tarixi: 2 iyun 2023-cü il. Qeydiyyatdan keçmək üçün: https://bit.ly/ylkdhngts