Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb. Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas maliyyə göstəriciləri üzrə də sabit artım dinamikası müşahidə olunur.
Belə ki: Ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 163 mln manat, yəni 25% artımla 802.5 mln manat olub. Bankın missiyasına uyğun olaraq portfelin mühüm qismini mikro, kiçik və orta bizneslərə ayrılmış vəsaitlər təşkil edir. Rüb ərzində 5500-dən çox müştəriyə verilmiş biznes kreditləri nəticəsində bu istiqamət üzrə portfel yarım mlrd manatı keçib. Qeyd edək ki, biznes kredit portfeli ötən ilin eyni rübü ilə müqayisədə 21%, yəni 92 mln manat artıb.
Biznesdə olduğu kimi istehlak kredit portfelində də müsbət artım tendensiyası davam edir. Hesabat dövründə 7 min müştəriyə 63 mln-dan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ötən ilin eyni rübü ilə müqayisədə 33%-dən çox artaraq 290 mln manatı keçib. Bu satışların 39%-i, eləcə də portfel artımın 46%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Birinci rübün sonuna əmanət portfeli 837 mln manat təşkil edir. Portfel artımının mühüm hissəsi (177 mln manatdan çox) fiziki şəxslərin hesabına baş verib, bu da Banka olan inam və etibar göstəricisidir.
Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. 2023-cü ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 14 mln-dan çox, yəni 59% artımla 39 mln-u, qeyri-faiz gəlirləri isə artaraq 16 mln manatı ötüb.
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 118 mln manatı ötüb. Bu da requlyativ tələbdən 68 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.29%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.31 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi 1 mlrd 130.8 mln təşkil edir.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!