30 sentyabr 2025-ci il tarixinə “Yapı Kredi Bank Azərbaycan”ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 434 milyon 128 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 116 milyon 539 min manat və ya 36,7% artım deməkdir.
Kredit portfelinin əsas hissəsini – 277 milyon 611 min manatını biznes kreditləri təşkil edib. İlin əvvəlindən biznes kreditləri 89 milyon 851 min manat və ya 47,8% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 14 milyon 691 min manat və ya 17,9% artaraq 96 milyon 576 min manata çatıb. Daşınmaz əmlak kreditləri isə 11 milyon 997 min manat və ya 25% artaraq 59 milyon 940 min manat olub.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatların həcmi 29 milyon 216 min manat təşkil edib. Nəticədə bankın xalis kredit portfeli 404 milyon 912 min manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 115 milyon 159 min manat və ya 39,7% artım deməkdir.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 317 milyon 589 min manat, xalis kredit portfeli isə 289 milyon 753 min manat olmuşdu.