“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin yanvar-sentyabr aylarına (cari ilin 9 ayı) dair maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, Bankın faiz gəlirləri 2025-ci ilin ilk doqquz ayında 37,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 milyon manat (16,3%) artım deməkdir.
Müştərilərə verilmiş kreditlər üzrə gəlirlər 37,3 milyon manata bərabər olub. İllik müqayisə ilə müqayisədə 5,2 milyon manat (16,2%) artım qeydə alınıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 27,3 milyon manat təşkil edib ki, son bir il ərzində 5,4 milyon manat (24,7%) artım baş verib.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 0,9 milyon manat təşkil edib.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərində ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon manat (24,3%) artım baş verib. Nətiəcədə, bu gəlirlər 4,4 milyon manata bərabər olub.
Digər faiz gəlirləri 4,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,2 milyon manat (4,8%) artımın baş verməsi deməkdir.
Bankın faiz xərcləri 2025-ci ilin ilk doqquz ayında 8,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon manat (78,7%) artıma bərabərdir.
Depozitlər üzrə faizlər 7,4 milyon manata bərabər olub. İllik müqayisə ilə bu xərclərdə 3,8 milyon manat (82,6%) artım baş verib.
Piaza bazarı alətlərinə ödənilən faizlər 1 milyon manat təşkil edib. Son bir illə müqayisədə 0,2 milyon manat (25%) artım deməkdir.
Faiz gəlirləri ilə xərcləri arasındakı fərq olan xalis faiz gəliri (zərəri) 2025-ci ilin ilk doqquz ayında 28,9 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon manat (5,5%) artımıdır.
Ümumi qeyri-faiz gəlirləri 21 milyon manata bərabər olub. 2024-cü ilin 9 ayı ilə müqayisədə bu gəlirlərdə 5,6 milyon manat (36,3%) artım baş verib.
Alınan haqq və komissiya gəlirləri 18,9 milyon manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5,0 milyon manat (35,8%) artımdır
Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla) 15,2 milyon manat səviyəsində olub.
Digər gəlirlər 0,5 milyon manat (3,5 dəfə) artaraq 0,7 milyon manata çatıb.
Ümumi qeyri-faiz xərcləri 35,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat (5,8%) artıma bərabərdir.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 1,2 milyon manat (10,5%) artaraq 12,6 milyon manata yüksəlib.
Ümumi və inzibati xərclər 7,4 milyon manat təşkil edib ki, bu da illik müqayisə ilə müqayisədə 0,8 milyon manat (12,1%) artım deməkdir.
Amortizasiya xərcləri 2,8 milyon manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Digər xərclər 12,7 milyon manata bərabər olub.
Bu ehtiyatlar 2025-ci ilin ilk doqquz ayında 5,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon manat (2,8 dəfə) əhəmiyyətli artım deməkdir.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 9 milyon manata bərabər olub.
Bank hesabat dövründə 1,3 milyon manat mənfəət vergisi ödəyib.
Nəticədə, 2025-ci ilin ilk doqquz ayında Yapı Kredi Bankının dövr üzrə xalis mənfəəti 7,7 milyon manat həcmində olub.
2025-ci ilin sentyabr ayının sonuna Yapı Kredi Bank 657,1 milyon manat cəmi aktivlərə malik olub.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 140,9 milyon manat təşkil edib.
Ticarət və investisiya qiymətli kağızları 59,8 milyon manata bərabər.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər 16,6 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 2,1 milyon manat (14,6%) artım deməkdir.
Müştərilərə verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə 116,3 milyon manat (36,6%) artımla 434,1 milyon manata bərabər olub.
İstehlak kreditləri 96,6 milyon manat təşkil edib. Bu kreditlər, ötən ilin sonu ilə müqayisədə 8,7 milyon manat (9,9%) böyüyüb.
Biznes kreditləri 277,6 milyon manata bərabər olub ki, 9 ay ərzində 89,9 milyon manat (48,1%) artım baş verib.
Daşınmaz əmlak kreditləri 12,0 milyon manat (25,2%) böyüyərək 59,9 milyon manata yüksəlib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 29,2 milyon manat təşkil edib ki, ötən ilin sonu ilə müqayisədə 1,4 milyon manat (5,0%) artım qeydə alınıb.
Müştərilərə verilmiş kreditlər (xalis) 404,9 milyon manata bərabər olub. Bu da ötən ilin sonuna nəzərən 113,0 milyon manat (39,4%) artım deməkdir.
Əmlak və avadanlıqlar 6,1 milyon manat təşkil edib. ötən ilin sonu ilə müqayisədə 0,3 milyon manat (4,9%) artım qeydə alınıb.
Qeyri-maddi aktivlər 8,6 milyon manata bərabər olub ki, ötən ilin sonu ilə müqayisədə 0,6 milyon manat (7,6%) artım baş verib.
Təxirə salınmış vergi aktivləri isə 2,1 milyon manat təşkil edib.
Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 0,3 milyon manata bərabər olub. Bu da ötən ilin sonu ilə müqayisədə 0,3 milyon manat (2 dəfə) artımdır.
Digər aktivlər 18,2 milyon manata bərabər olub.
"Yapı Kredit Bank Azərbaycan" 536,1 milyon manat cəmi öhdəliklərə malik olub.
Bankın depozitləri 439,0 milyon manata bərabər olub.
Depozit portfelinin 88,9 milyon manatı fiziki şəxslərin, 350,1 milyon manatı hüquqi şəxslərin depozitləri olub.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 82 milyon manata bərabər olub ki, ötən ilin sonu ilə müqayisədə 33,8 milyon manat (70,6%) artım baş verib.
Cari vergi öhdəlikləri 2 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 1,5 milyon manat (4 dəfə) artım deməkdir.
Digər öhdəliklər 13,2 milyon manata bərabər olub.
Bankın cəmi kapitalı 121,0 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin sonundakı 109,9 milyon manatla müqayisədə 11,1 milyon manat (10,1%) artım deməkdir.
Səhmdar kapitalı 55,4 milyon manat təşkil edib. Nəticədə, 25,3 milyon manat (84,2%) artım baş verib.
Bölüşdürülməmiş mənfəət 57,3 milyon manata bərabər olub. Bu, ötən ilin sonu ilə müqayisədə 7,7 milyon manat (15,6%) artım deməkdir.
Ümumi ehtiyatlar 8,3 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 3,3 milyon manat (65,8%) artımdır.
Kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar 6,7 milyon manat təşkil edib. Ötən ilin sonuna nəzərəm 1,7 milyon manat (34,) artım baş verib.
Digər ümumi ehtiyatlar 1,6 milyon manata bərabər olub.