“Xalq Bank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına əsasən bankın faiz gəlirləri 165 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 milyon manat (20,9%) artımdır.
Bu artımın əsas səbəbi, kreditlər üzrə faizlərin 111,4 milyon manata bərabər olmasıdır ki, bu gəlirlər illik müqayisə ilə 16 milyon manat (16,8%) çoxalıb.
Digər faiz gəlirləri 14,9 milyon manata bərabər olub. Bu da son bir il ərzində 13,0 milyon manat (7,8 dəfə) artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 18,1 milyon manat təşkil edərək il ərzində 5,7 milyon manat (46,6%) artıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 4,9 milyon manat, qiymətli kağızlar üzrə faiz gəlirləri isə 15,6 milyon manat təşkil edib.













