“Xalq Bank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 165 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 milyon manat (20,9%) artımdır.
Bu artımın əsas səbəbi, kreditlər üzrə faizlərin 111,4 milyon manata bərabər olmasıdır ki, bu gəlirlər illik müqayisə ilə 16 milyon manat (16,8%) çoxalıb.
Digər faiz gəlirləri 14,9 milyon manata bərabər olub. Bu da son bir il ərzində 13,0 milyon manat (7,8 dəfə) artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 18,1 milyon manat təşkil edərək il ərzində 5,7 milyon manat (46,6%) artıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 4,9 milyon manat, qiymətli kağızlar üzrə faiz gəlirləri isə 15,6 milyon manat təşkil edib.
Bankın faiz xərcləri 66,0 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 milyon manat (82%) artıma bərabərdir
Bu artımın əsas səbəbi, depozitlər üzrə faizlərin 50,3 milyon manata bərabər olmasıdır. Bu xərclərdə il ərzində 22,8 milyon manat (83,3%) artım olub.
Banklar və digər maliyyə institutlarının depozitləri üzrə xərclər 5,6 milyon manata bərabər olub. Bu da illik 3,6 milyon manat (2,9 dəfə) çoxdur.
Banklar və digər maliyyə institutlarının kreditləri üzrə xərclər 8,1 milyon manat təşkil edib.
Digər faiz xərcləri isə 1,2 milyon manat, başqa sözlə 2,2 dəfə artaraq 2,1 milyon manata çatıb.
Nəticədə, bankın bankın xalis faiz gəlirləri 99 milyon manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 39,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 milyon manat (23,9%) çoxdur.
Bundatəsərrüfat cəmiyyətlərində iştirakdan və qiymətli kağızların satışından əldə edilən gəlirlər 6,5 milyon manata brəabər olub ki, bu gəlirlər də il ərzində 5,6 milyon manat (7,1 dəfə) artıb.
Xidmətlərdən komisyon gəliri 2,5 milyon manat (12,9%) artaraq 22 milyon manata çatıb.
Valyuta əməliyyatlarından xalis gəlir 9,6 milyon manat olub. Bu da illik 1,9 milyon manat (24,9%) artımdır.
Digər gəlirlər isə 1,6 milyon manat həcmində olub.
Bankın qeyri-faiz xərcləri 78,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 milyon manat (14,9%) artımdır.
Əmək haqqı və digər kompensasiya növləri 7 milyon manat və ya 21,3% artaraq 40 milyon manata yüksəlib.
Ümumi və inzibati xərclər 8,6 milyon manat olub. Bu da illik 731,8 min manat (9,3%) artımdır.
Köhnəlmə (amortizasiya) xərcləri 5,6 milyon manat təşkil edib.
Digər xərclər isə 24,4 milyon manata bərabər olmaqla illik 2,7 milyon manat (12,6%) artıb.
Hesabat dövründə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 5,3 milyon manatlıq bərpa ilə nəticələnib. Bu, ötən ilə nisbətən 3,7 milyon manat və ya 3,3 dəfə artımdır.
"Xalq Bank"ın mənfəət vergisi ödənilənədək mənfəəti 65,4 milyon manat olub.
Mənfəətdən ödənilən vergilər 13,8 milyon manat təşkil edib. Bank ötən ilin müvafiq dövrünə nəzərən 2,5 milyon manat və ya 21,8% daha çox vergi ödəyib
Bütün bunların yekununda, "Xalq Bank" 2025-ci ilin 9 ayını 51,5 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın cəmi aktivləri 3 milyard 631 milyon manat təşkil edib. Bankın aktivləri ilin əvvəli ilə müqayisədə 562,1 milyon manat və ya 18,3b% öyüyüb.
Bundan banklar və digər maliyyə institutlarındakı depozitlərin payına 697,3 milyon manata düşüb ki, bu da ötən ilin sonuna nəzərən 579,2 milyon manat (5,9 dəfə) çoxdur.
Müştərilərə verilmiş xalis kreditlər 1 milyard 777 milyon manat təşkil edib.
Qiymətli kağızlar 211,8 milyon manata bərabər olub.
Nağd vəsaitlər 27,5 milyon manat (56,3%) artımla 76,5 milyon manat olub.
"Nostro" hesabları 405,7 milyon manata təşkil etməklə 9 ay ərzində 63,5 milyon manat (18,6%) artıb.
Mərkəzi Bankda müxbir hesab 150,6 milyon manata bərabər olub.
Banklararası bazarın qısamüddətli maliyyə alətləri 73,2 milyon manat təşkil edib.
Banklara verilən kreditlər 7,7 milyon manat, digər maliyyə institutlarına verilən kreditlər isə 66,7 milyon manat olub.
Digər aktivlər 60,6 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 5,1 milyon manat və ya 9,3% artıma bərabərdir.
Bank işində istifadə olunan əsas vəsaitlər 54,8 milyon manat olub. Bu da illik 619 min manat (1,1%) azalmadır.
İcmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərində iştirak 42,1 milyon manat səviyyəsində dəyişməz qalıb.
Amortizasiya çıxılmış qeyri-maddi aktivlər 5,4 milyon manata bərabər olub..
Bank işində istifadə olunmayan daşınmaz əmlak isə 1 milyon manat təşkil edib.
Bankın cəmi öhdəlikləri 3 milyard 97 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 539, milyon manat (21,1%) artıma bərabərdir.
Bu artımın əsas səbəbi, banklar istisna olmaqla, digər maliyyə institutlarının kreditlərinin 261 milyon manata brəabər olmasıdır. Bu da illik 9 milyon manat və ya 3,5% artım deməkdir.
Digər bankların tələbləri ("Loro" hesabları) 12,0 milyon manat təşkil edib.
Mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri 725 milyon manat həcmində olub
Banklar və digər maliyyə institutlarının depozitləri 198,0 milyon manata bərabər olub.
Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla) 1 milyard 843 milyon manat əşkil tedib.
Digər passivlər isə 513,0 milyon manat olub ki, nəticədə, il ərzində 476,0 milyon manat (13,6 dəfə) artım qeydə alınıb.
Bank tərəfindən buraxılmış qiymətli kağızlar isə 7 milyon manat olub.
Bankın cəmi kapitalı 534,2 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 23,2 milyon manat (4,5%) çoxdur..
Bu artımın əsas səbəbi, xüsusi kapitalın 506,9 milyon manata bərabər olmasıdır ki, bu göstərici üzrə 24,9 milyon manat (5,2%) artım qeydə alınıb.
Ümumi ehtiyatlar isə 27,2 milyon manata bərabər olub.