«VTB Bank» müştərilərə təklif etdiyi “Sərfəli” əmanət məhsulu üzrə faiz dərəcələrini dəyişib.
«Access Bank»da əmanət faizləri yüksəldi – RƏQƏMLƏR, MÜQAYİSƏ
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə xarici valyutada (USD) yerləşdirilən əmanətlərin faizlərində artım qeydə alınıb.
USD valyutasında əmanət yerləşdirmək istəyən şəxslər əvvəlki ay faizlərin aylıq hesablanması şərti ilə 1 illik və 18 aylıq əmanətlərdən 2,5%, 24 aylıq əmanətlərdən isə 1,4% gəlir qazanırdılarsa mayda 1 illik əmanətlər üzrə gəlirlilik göstəricisi 4%-ə qalxıb, digər aylar üzrə göstəricilər eyni olaraq qalır.
Faizlərin müddəti sonu hesablanması variantında da 1 illik əmanətlər üzrə gəlirlilik göstəricisi əvvəlki ayla müqayisədə 3%-dən 4,5%-ə qalxıb.