“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb.
Hesabata əsasən, 30 sentyabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 29.5 milyon manat, o cümlədən faiz gəlirləri – 18.6 milyon manat, qeyri-faiz gəlirləri – 10.9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 52.6%, qeyri-faiz gəlirləri isə 2 dəfə artıb.
Bank hesabat dövrünü 9.6 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin üçüncü rübünün sonuna olan göstəricidən 2.4 dəfə çoxdur.
Sentyabrın sonuna bankın kredit portfeli 156.1 milyon manat, depozit portfeli – 76.9 milyon manat təşkil edib. Onu da qeyd edək ki, fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 13.3% artıb.
Bankın məcmu kapitalı ilin əvvəlindən 13.2% artaraq 77.8 milyon manat təşkil edib