VTB (Azərbaycan) respublikanın ikinci böyük şəhərində - Gəncədə regional filialını açıb. Filial Atatürk prospekti, 230A ünvanında fiziki və hüquqi şəxslərə xidmət göstərir.
Yeni ofisdə fiziki şəxslər əmanət və kreditləri təşkil edə, ödənişlər və pul köçürmələri həyata keçirə, valyuta mübadiləsi apara bilərlər. Məsafəli əməliyyatların aparılması üçün ofis ərazisində 24 saat fəaliyyət göstərən bankomat və ödəniş terminalı quraşdırılıb.
Filial həmçinin korporativ müştərilərə tam xidmət göstərir. Onlar hesablaşma-kassa xidmətləri, kredit, sənədli və əmanət məhsulları, inkassasiya, əmək haqqı layihələrinə qoşulma və əsas maliyyə xidmətlərinə gecə-gündüz çıxışı olan onlayn bank imkanlarına malikdirlər.
“Biz respublikada biznesimizi, o cümlədən şəbəkənin genişləndirilməsi yolu ilə inkişaf etdirməyə davam edirik. 2023-cü ildə bankın pərakəndə müştərilərinin sayı 10 %, korporativ müştərilərinin sayı isə 50 % çox artıb. Gəncədəki ofis təkcə şəhər sakinləri üçün deyil, həm də yaxın ərazilər - Şəmkir, Tovuz və s. üçün əlverişli ərazidə yerləşir. Bizim yeni filialımız onlara bank xidmətlərini və bank məhsullarının seçimini evə və ya işə yaxın yerlərdə genişləndirməyə imkan verəcək”, deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev bildirib.
VTB (Azərbaycan)-ın respublikada altı filialı fəaliyyət göstərir, onlardan beşi Bakıda yerləşir.