FED.az “Unibank”ın gəlir mənbələrini təqdim edir.
"Unibank"ın gəlirləri artıb - KREDİT PORTFELİ BÖYÜYÜB - HESABAT
2025-ci ilin 3-cü rübündə “Unibank”ın ümumi gəlirləri 277 milyon 252 min manat təşkil edib. Bankın gəlirlərinin böyük hissəsi kredit portfeli üzrə faiz gəlirlərindən formalaşıb, bu mənbədən 174 milyon 636 min manat gəlir əldə edilib və bu, ümumi gəlirlərin 63%-ni təşkil edib. Bu göstərici Unibankın gəlir strukturunda kredit fəaliyyətinin aparıcı rolunu təsdiqləyir.
Komissiya haqları da bankın mühüm gəlir istiqamətlərindən biri olub, bu mənbədən 80 milyon 635 min manat gəlir əldə olunub və bu, ümumi gəlirlərin 29%-ni təşkil edib.
Valyuta əməliyyatları banka 10 milyon 561 min manat qazandırıb başqa sözlə ümumi gəlirlərin 4%-ini.
Digər gəlir mənbələri nisbətən kiçik paya malik olub. Digər faiz gəlirləri 3 milyon 297 min manat, digər qeyri-faiz gəlirləri isə 2 milyon 459 min manat. Hər iki mənbədən əldə edilən gəlirlər ümumi gəlirlərin 1%-lik hissəsini əhatə edir.
Bank qiymətli kağızlara investisiya edərək 2 milyon 540 min manat pul qazanıb ki, bu da ümumi gəlirlərin 1%-ini təşkil edir.
Digər banklara depozitlərdən gəlirlər isə 2 milyon 701 min manat təşkil edib. Əvəzində digər banklara kreditlərdən əldə olunan gəlirlər 423 min manat olub. Digər banklardaki depozitlər və kreditlər ümumi gəlirlərdə cəmi 1% pay tutub.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
174 636 |
63% |
|
QK-a investisiyadan gəlir |
2 540 |
1% |
|
Digər banklara depozitlərdən gəlirlər |
2 701 |
1% |
|
Digər banklara kreditlərdən gəlirlər |
423 |
1% |
|
Komissiya haqları |
80 635 |
29% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
10 561 |
4% |
|
Digər faiz gəlirləri |
3 297 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
2 459 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
277 252 |
100% |














