“Unibank KB” ASC-nin Müşahidə Şurası sədrinə aprel ayında müşavir təyin Sevda Əliyeva vəzifəsindən ayrılıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Sevda Əliyva özü məlumat verir.
S.Əliyeva bu vəzifəyə 2021-ci ilin aprelindən təyin edilmişdi. O, 2020-ci ilin yayından 2021-ci ilin aprelinə qədər “Unibank”ın Transformasiya üzrə baş inzibatçısı kimi çalışmışdı.
2017-ci ilin aprelindən 2019-cu ilin iyununa qədər “PAŞA Bank”da İnsan Resursları departementinin direktoru vəzifəsində çalışıb.
Bununla belə, “Azercell”, “Kcell” ,“Jump Marketing Agency” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. Sevda Əliyeva BDU-da bakalavr təhsili alıb və telekommunikasiya üzrə təhsilini Böyük Britaniyanın İnformasiya Texnologiyaları Akademiyasında davam etdirib.