“Unibank KB” ASC-yə məxsus və ölkənin ən yüksək ödəniş faizli dollar istiqrazlarını son iki ayda (aprel-may) 120 ədəd alış-satışı baş tutub.
Eləcə də bax: «Unibank» maliyyə vəziyyətini açıqladı - RƏQƏMLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, ABŞ dollarında emissiya edilən bu istiqrazların son iki ayda ümumi əməliyyat həcmi 1 250 080 dollar olub.
Belə ki, apreldə 10 455.32 və 10 383.55 dollar olmaqla 100 ədəd, may ayında isə 10 406.09 və 10 407.5 dollar olmaqla 20 ədəd bankın emissiya etdiyi istiqrazlar satılıb.
2017-ci ilin dekabrında dövriyyəyə buraxılan bu istiqrazlara görə “Unibank” 10 mln. ABŞ dolları dəyərində istiqrazlar (min ədəd) buraxmışdı. Bu istiqrazaların illik ödəniş dərəcəsi 6% olmaqla nominal dəyəri 10 000 dollardır.
İstiqrazların tədavül müddəti 6 ildir, yəni 2023-cü ildə bitəcək.
Banker.az analitikləri bunun pandemiya dövründə kreditləşmənin bir qədər yavaşlaması ilə əlaqələndirir. Belə ki, əlində nağd vəsaitləri olan şəxslər bu qiymətli kağızlarla faiz gəliri əldə edə bilirlər. Analoji hal aprel və may aylarında SOCAR-ın 5%-lik dollar istiqrazlarında da müşahidə edilmişdi.