Azərbaycanın aparıcı banklarından olan «Turanbank» ASC-nin səhmdarlarının iclası keçiriləcək.
Eləcə də bax: "TuranBank"ın gücləndirilməsi üçün - MÜQAVİLƏ İMZALANIB
FED.az xəbər verir ki, «TuranBank» ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası 07 avqust 2020-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcək.
Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur.
Ünvan: Bankın Mərkəz Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85. Tel: (012) 510-79-11, 510-79-22;
İclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilmişdir. Gündəlik üzrə məlumatları yuxarıda qeyd edilən ünvandan əldə etmək olar.