“Turanbank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verirr ki, bankın faiz gəlirləri 75,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 milyon manat (12,7%) artımdır.
Bu artımın əsas səbəbi, müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu gəlirlər 69,2 milyon manata bərabər olub ki, bu da illik 8,9 milyon manat (14,8%) artım deməkdir.
Digər faiz gəlirləri 204 min manat (20,8%) artaraq 1,2 milyon manata çatıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri isə 242 min manat olub.
Hesabat dövründə faiz xərcləri 39,4 milyon manat təşkil edib. Bu da illik müqayisədə 3,3 milyon manat (9%) artıma bərabərdir.
Depozitlər üzrə faizlər 26,2 milyon manata bərabər olub.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 4,5 milyon manat (88,8%) artaraq 9,5 milyon manata yüksəlib.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 2,1 milyon manat olub.
Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar isə ötən ilki 235 min manatlıq xərcin əksinə olaraq, bu il 93 min manatlıq bərpa ilə nəticələnib.
Nəticədə Turanbankın xalis faiz gəlirləri 35,6 milyon manat olub. Bu da ötənilki göstəricini 5,3 milyon manat və ya 17,6% üstələyir.
Bankın qeyri-faiz gəlirləri 17,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 milyon manat, başqa sözlə 16,8% artımdır.
Alınan haqq və komissiya gəliri1,8 milyon manat (26,6%) artaraq 8,6 milyon manata çatıb.
Xarici valyutadan gəlirlər 8,6 milyon manata bərabər olub ki, bu da 2024-cü ilin 3-cü rübündəki göstəricini 715 min manat və ya 9,1% üstələyib.
Digər gəlirlər isə 117 min manat olub.
Qeyri-faiz xərcləri 31,5 milyon manat təşkil edərək 3,6 milyon manat (12,7%) artıb.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 17,6 milyon manata bərabər olub, il ərzində 2,9 milyon manat, və ya 20% artım baş verib.
Ümumi və inzibati xərclər 7,2 milyon manat, amortizasiya xərcləri 2,2 milyon manat olub.
Digər xərclər isə 4,6 milyon manata bərabər olubə.
Hesabatın digər mühüm dəyişikliyi isə kredit itkiləri üçün ehtiyat ayırmalarında baş verib. Bank bu məqsədlə 19,7 milyon manat vəsait ayırıb. Bu, ötən ilə nisbətən 4,3 milyon manat (28%) artımdır.
Ümumilikdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti və xalis mənfəəti 1,6 milyon manat olub. Bank bu dövrdə mənfəət vergisi ödəməyib.
Bankın cəmi aktivləri 892,5 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 42,7 milyon manat (5,0%) artımdır.
Bu böyümənin əsas səbəbi, müştərilərə verilmiş xalis kreditlərin 669,8 milyon manata bərabər olmaısıdır. Bu da ötən ilin sonuna nəzərən 52,3 milyon manat (8,5%) artıma bərabərdir.
Ümumi kredit portfeli 59,1 milyon manat (9,1%) artaraq 710,9 milyon manata çatıb.
Bundan istehlak kreditlərinin payı 206,1 milyon manata bərabər olub. İstehlak kredit portfeli 49,7 milyon manat (31,8%) böyüyüb.
Biznes kreditləri 367,7 milyon manat, daşınmaz əmlak kreditləri isə 137,2 milyon manat olub.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 78,2 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 17,5 milyon manat (28,9%) artımdır.
Nağd pul vəsaitləri 80,5 milyon manata bərabər olub.
Bankın ticarət və investisiya qiymətli kağızları 16,1 milyon manat təşkil edib.
Əmlak və avadanlıqlar 31,8 milyon manat, qeyri-maddi aktivlər 1,3 milyon manat, digər aktivlər isə 12,6 milyon manat təşkil edib.
Bankın cəmi öhdəlikləri 788 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 40,1 milyon manat (5,4%) çoxdur.
Bundan kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin 156,5 milyon manata bərabər olub. Ötən ilin sonuna nəzərən 47,1 milyon manat (43,1%) artım baş verib.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 148,4 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 10,1 milyon manat (7,3%) artımdır.
Depozitlər 445,4 milyon manat təşkil edib.
Fiziki şəxslərin depozitləri 19,5 milyon manat və ya 5,3% artaraq 386,3 milyon manata yüksəlib.
Hüquqi şəxslərin depozitləri isə 59,1 milyon manata bərabər olub.
Subordinasiya borc öhdəlikləri 25,3 milyon manat təşkil edib.
Digər öhdəliklər isə 12,0 milyon manat olub.
Bankın cəmi kapitalı 104,6 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 2,6 milyon manat və ya 2,6% çoxdur.
Ümumi ehtiyatlar 10,9 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 1 milyon manat (10,3%) artıma bərabədir.
Kreditlər üzrə ehtiyatlar 8,7 milyon manat təşkil edərək 666 min manat (8,3%) artıb.
Digər ümumi ehtiyatlar isə 350 min manat olub.
Səhmdar kapitalı isə 100,0 milyon manat səviyyəsində dəyişməz qalıb.