Turanbank Daxili Nəzarət Departamenti üzrə aşağıdakı vakansiyaları elan edir.
Eləcə də bax: Turanbank biznes kreditləri üzrə mütəxəssislər vakansiyası - ELAN EDİR
Əməliyyatlara nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis
Vəzifə: Daxili Nəzarət Departamenti, Əməliyyatlara nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis
İşə götürən: TuranBank ASC
Yaş həddi: 24-35
Əmək haqqı: 1200-1500 AZN
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Bank sahəsi üzrə 2 illik iş təcrübəsi (daxili nəzarət, audit və risk sahəsi üzrə);
- Analitik təhlil və araşdırma bacarığı;
- Yüksək səviyyədə excel bacarığı;
Vəzifə öhdəlikləri:
- Əməliyyatların qanunvericilik və normativ aktlara uyğunluğuna nəzarət ;
- Əməliyyatlar üzrə tutulmuş komisionların düzgünlüyünə nəzarət ;
- Hesab qalıqlarına nəzarət (debet, kredit , pos terminal və s) ;
- Müştəri Xidmətləri strukturlarında sənədləşmə işinə nəzarət ;
- Ödəniş sistemləri ilə aparılmış əməliyyatlara nəzarət ;
- Gündəlik əməliyyatların müxabirləşmələr üzərindən monitorinq edilməsi ;
- Depozit əməliyyatlarına (yatırım,vaxtsız ödənilmə, faizlərin kart və ya cari hesaba
köçürürməsi, portfelin ümumi analizi və s.) nəzarət ;
- Dələduzluq halları ilə mübarizə
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Daxili Nəzarət Departamenti, Əməliyyatlara nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis” yazmağı unutmayın.
***
Kreditlərin monitorinqi şöbəsi, aparıcı mütəxəssis/ baş mütəxəssis/ bölmə rəhbəri
Vəzifə: Daxili Nəzarət Departamenti, Kreditlərin monitorinqi şöbəsi, aparıcı mütəxəssis/ baş mütəxəssis/ bölmə rəhbəri
İşə götürən: TuranBank ASC
Yaş həddi: 24-35
Əmək haqqı: 1200-1800 AZN
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
- Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə);
- Analitik təhlil və düşünmə bacarığı;
- Komandada işləmək bacarığı
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
- Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
- Yüksək ünsiyyət qurma bacarığı;
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi,
- Bakı şəhəri və regionlarda yerləşən filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
- Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
- Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi.
- Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
- Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
- İş vaxtı: həftə içi 5 gün, 09:00-18:00
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssis/ baş mütəxəssis/ bölmə rəhbəri” yazmağı unutmayın.