Turanbank İnstitusional Bankçılıq və Marketinq Departamentinin Maliyyə İnstitutları və Sənədli Əməliyyatlar şöbəsi üzrə mütəxəssis vakansiyası elan edir.
Eləcə də bax: Turanbank biznes kreditləri üzrə mütəxəssislər vakansiyası - ELAN EDİR
Vəzifə öhdəlikləri:
- Hərtərəfli Due Diligence və KYC daxil olmaqla, on-boarding prosesinin effective şəkildə aparılması.
- Banklararası əməkdaşlığın müxtəlif aspektləri üzrə mövcud və potensial tərəfdaş banklarla yüksək keyfiyyətli və diplomak kommunikasiya və əlaqələrin idarə edilməsini təmin etmək.
- Çarpaz satış potensialını və ümumi gəlirliliyi artırmaq məqsədi ilə maliyyə bazarları və tərəfdaşları təhlil etmək, banklar ilə partnyor şəbəkəsini genişləndirmək, Maliyyə İnstitutları və Ticarətin Maliyyəşdirilməsi məhsulları üzrə satış strategiyalarını dəstəkləmək.
- Komplayens, Risklərin İdarə Edilməsi, Xəzinədarlıq, Hesablaşmalar və Korporativ Bankçılıq daxil olmaqla, müxtəlif biznes bölmələri ilə əməkdaşlıq etmək, tərəflərin sorğularının peşəkar cavablandırılmasını təmin etmək.
- Maliyyə İnstitutları üzrə yeni məhsullarının tətbiqinə töhfə vermək və uğurlu məhsul/proses idarə olunmasını təmin etmək.
- Daxili biznes proseslərinin təkmilləşdirilməsinə dəstək olmaq, daxili istifadə üçün hesabat və təqdimatlar hazırlamaq.
- Məlumatların saxlanması və sənəd axını processini peşakar səviyyədə idarə etmək.
Namizəd üzrə tələblər:
- Maliyyə (Biznesin idarə edilməsi, Maliyyə, Bank işi, İqtisadiyyat, Beynəlxalq iqtisadi əlaqələr) və ya müvafiq sahə üzrə magistr təhsili
- Müxbir bankçılıq və məhsullar, uyğunluq, bazar riskləri və beynəlxalq tənzimləmə çərçivələri ilə tanışlıq, bu sahələrdə bilik və təcrübəni inkişaf etdirmək mütləqdir.
- Analitik bacarıqlar: məlumatları şərh etmək, maliyyə hesabatlarını təhlil etmək və verilən məlumat əsasında düzgün qərarlar qəbul etmək bacarığı.
- MS Suite proqramında bilik, SWIFT proqramı ilə tanışlıq və ya əvvəlki təcrübə arzuolunandır.
- Biznesin avtomatlaşdırılması və optimallaşdırılmasını dəstəkləyən prosesləri dizayn etmək bacarığı.
- Maraq və həll yönümlü düşüncə, işə innovativ yanaşma.
- Ünsiyyət qurmaq və komandada işləmək bacarıqları
- Azərbaycan və ingilis dillərini mükəmməl, rus və/və ya türk dilini yaxşı səviyyədə bilməsi arzuolunandır
- Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.
QEYD: Anketlərinizi [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərərkən məktubda mövzu hissəsində “Maliyyə Təşkilatları və Sənədli Əməliyyatlar şöbəsi üzrə kiçik mütəxəssis/mütəxəssis” yazmağınızı xahiş edirik. Müraciət üçün son tarix 11 noyabr, 2022.