Azərbaycanın aparıcı banklarından olan “TuranBank”ın bu ilin birinci yarısı üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin birinci yarısında bankın faiz gəlirləri 56 milyon 568 min manat olub. Bu, 2025-ci ilin birinci yarısına nəzərən təxminən 8 milyon manat və ya 16% çoxdur. Xatırladaq ki, ötən ilin ilk yarısında bankın faiz gəlirləri 48,6 milyon manat idi.
İlk yarım ildə «Turanbank»ın faiz gəlirlərinin bütün faiz gəlirlərinin 94%-i və ya 52,9 milyon manatı müştərilərə verilmiş kreditlərdən faiz gəlirlərinin payına düşüb. Bu rəqəm ötənillə müqayisədə 8,3 milyon manat (18,7%) çoxdur.
Banklar və digər maliyyə institularına verilən kreditlər üzrə faiz gəlirləri 142 min manat olub, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə isə «Turanbank» ilk yarım ildə 1 milyon 992 min manat əldə edib.
İlk yarım ildə bankın qiymətli kağızlar üzrə faiz gəlirləri 2025-ci ilin birinci yarısındakı 1 milyon 225 min manatdan 624 min manata düşüb, - yəni bu gəlirlər 601 min manat (təxminən 2 dəfə) azalıb.
Hesabat dövründə bankın faiz xərcləri də artıb – 32,7 milyon manat və ya əvvəlki ilə nisbətən 30% artıq. Faiz xərcinin böyük hissəsi – 19,4 milyon manatı ənənəvi olaraq bankda əmanəti olanlara ödənilən faizlərdir. Əvvəlki ilə nisbətən bu rəqəm 1,8 milyon manat və ya 10% artıb.
Faiz xərclərinin 11,6 milyon manatı isə «Turanbank»ın cəlb etdiyi kreditlərə görə ödədiyi faizlər olub. Bu ötənilki 6,4 milyon manatla müqayisədə təqribən 2,2 dəfə artıqdır.
Bank ilk yarım ildə Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə 777 min manat faiz ödəyib, bu ötən ildən 40% azdır.
2026-cı ildə “TuranBank”ın qeyri-faiz gəlirləri də qaydasına düşüb, bank yarım ildə qeyri-faiz gəlirləri üzrə 14,8 milyon manat əldə edib, bu 2025-in ilk yarısındakı 11,5 milyon manatla müqayisədə 3,2 milyon manat artıqdır.
Qeyri-faiz gəlirlərinin 5 milyon manatı haqq və kommisiya gəlirlərinin, 9,6 milyon manat isə xarici valyuta əməliyyatlarının payına düşüb.
Bakın qeyri-faiz xərcləri isə 2,9 milyon manat artaraq 23,4 milyon manata yüksəlib.
Qeyri-faiz xərclərinin 12,7 milyon manatını əmək haqqı xərcləri təşkil edib, bu xərc maddəsi son bir ildə 1,3 milyon manat və ya 12% artıb.
Nəticədə bank 2026-cı ilini ilk yarısını 15 milyon 303 min manat əməliyyat mənfəəti ilə tamamlayıb. Xatırladaq ki, 2025-ci ilin ilk yarısında bankın əməliyyat mənfəəti 14 milyon 277 min manat idi, yəni əməliyyat mənfəəti bu il 1 milyon manat artıb.
İlk yarım ilin sonuna «Turanbank» mümkün zərərlər üçün 10,2 milyon manat ehtiyat ayırıb, ötən il bu rəqəm 12,1 milyon manat idi.
Nəticədə “TuranBank” bu ilin birinci rübünü 5 milyon 14 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin birinci yarısında olan 2 milyon 173 min manat xalis mənfəətdən 2 milyon 841 min manat (2,3 dəfə) daha çoxdur.
Xalis mənfəəti belə kəskin artmasının səbəbi, həm bankın gəlirlərinin artması, həm də mümkün zərərlər üzrə ehtiyatların azalması olub.
Bu ilin ilk 6 ayında «Turanbank» sürətli böyüyüb, ilin əvvəlindən bəri aktivləri 44 milyon manat artaraq yenidən 951 milyon manatı keçib. Xatırladaq ki, keçən ilin sonunda bankın aktivləri 907 milyon manat idi.
Aktivlərin təxminən 700 milyon manatı və ya 74%-i kredit portfelinin payına düşüb.
Kredit portfelinin 221 milyon manatı istehlak kreditlərinin, 343 milyon manatı biznes kreditlərinin, 135 milyon manat isə daşınmaz əmlak – ipoteka kreditlərinin payına düşüb.
Nağd pul vəsaitləri və ekvivalentləri 99,4 milyon manat olub, əlavə olaraq bank qiymətli kağızlarda 16 milyon manata yaxın pul saxlayır.
Daha 123 milyon manat isə banklar və digər maliyyə institutlarına deposit kimi yatırılıb.
2026-cı ilin birinci yarısının sonunda “TuranBank”ın cəmi öhdəlkilərinin həcmi 40 milyon manata yaxın artaraq 841,6 milyon manata çatıb. Öhdəlkilərin 55%-i və ya 463 milyon manatı bankdakı depozitlərin payına düşüb. Bunun 402 milyon manatı fiziki şəxslərin, 60 milyon manatı isə hüquqi şəxslərin payına düşür.
Bunlardan başqa, «Turanbank»ın Mərkəzi Bank və dövlət fondları qarşısında 152 milyon manatlıq öhdəliyi var. Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin həcmi isə 45 milyon manat artaraq 187 milyon manata bərabər olub.
Bu ilin birinci yarısının sonunda “TuranBank”ın cəmi kapitalı 109,4 milyon manata çatıb. Yarım ildə bu göstərici 4 milyon manat artıb.







![“Turan Bank” altı ayda 5 milyondan çox qazanıb – [red]MƏNFƏƏTDƏ İKİQAT ARTIM - HESABAT[/red] | FED.az](upload/news/small/2720096.png)
![“Turan Bank” altı ayda 5 milyondan çox qazanıb – [red]MƏNFƏƏTDƏ İKİQAT ARTIM - HESABAT[/red] | FED.az](upload/news/small/2380241.jpeg)
![“Turan Bank” altı ayda 5 milyondan çox qazanıb – [red]MƏNFƏƏTDƏ İKİQAT ARTIM - HESABAT[/red] | FED.az](upload/news/small/4460989.jpeg)










