2025-ci ilin aprelin 1-nə Azərbaycan banklarının tikinti sahəsinə verilmiş biznes kredit portfeli 1 milyard 457,3 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 46,2 milyon manat (3,3%), ötən ilin sonu ilə müqayisədə 88,3 milyon manat (6,4%) , illik müqayisədə 161,6 milyon manat (12,5%) böyüyüb.
Qeyd edək ki, bu sahə üzrə banklar tərəfindən verilmiş kreditlərin məbləği bu ilin martın 1-nə 1 milyard 411,4 milyon manat, yanvarın 1-nə 1 milyard 369 milyon manat, ötən ilin eyni dövrünə 1 milyard 295,7 milyon manat təşkil edib.