Azərbaycanda fəaliyyətini dayandırmış ən böyük bank olan «Standard Bank»ın kreditlərinin 70 milyon manatının qaytarılması təmin edilib. Bu barədə FED.az-a bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev bildirib.
Eləcə də bax: 52 min nəfərə şad xəbər - ƏMANƏTİNİZ GERİ QAYTARILACAQ
Onun sözlərinə görə, indiyədək aparılan işlər nəticəsində bankın verdiyi qaytarılmayan kreditlərin müqabilində 60 milyon manatlıq əmlak geri qaytarılaraq balansa götürülüb.
V.Abdullayev bağlanan bankların nə qədər əmlakının olduğunu dəqiqləşdirməyib. Onun sözlərinə görə, «əmlakın bazar qiyməti tez-tez dəyişir deyə, bu barədə dəqiq məbləğ demək mümkün deyil».