Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 501-ə çatıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank filiallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 ədəd, yəni 3,7% artıb. Ötən ilin sonuna nəzərən artım 16 ədəd, yəni 3,3%, aylıq müqayisədə isə 1 ədəd, yəni 0,2% yüksəlib.
Xatırladaq ki, bank filiallarının sayı bu ilin noyabrın 1-nə 500, ötən ilin sonunda 485, 2024-cü ilin dekabrın 1-nə isə 483 təşkil edib.












