Bu ilin dekabrın 1-nə Azərbaycanda bank sektorunda çalışan işçilərin sayı 27 020 nəfərə çatıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank işçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1801 nəfər, yəni 7,1% artıb. Ötən ilin sonuna nəzərən artım 1657 nəfər, yəni 6,5%, aylıq müqayisədə isə 99 nəfər, yəni 0,4% yüksəlib.
Xatırladaq ki, bank işçilərinin sayı bu ilin noyabrın 1-nə 26 921, ötən ilin sonunda 25 363, 2024-cü ilin dekabrın 1-nə isə 25 219 nəfər təşkil edib.












