31 yanvar 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,253 olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 89 nəfər artaraq 25,452 nəfər təşkil edib. İllik müqyaisədə işçilərin sayında isə 1819 nəfər (7,7%) artım baş verib.