Bu ilin III rübünün sonuna olan məlumata əsasən, “Bank Respublika”nın depozit portfeli 1 milyard 515 milyon 353 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 167 milyon 266 min manat və ya 12,4% artım deməkdir.
Depozit portfelinin 602 milyon 476 min manatı fiziki şəxslərin, 912 milyon 877 min manatı isə hüquqi şəxslərin payına düşüb.
İlin əvvəlindən hüquqi şəxslərin depozitləri 201 milyon 34 min manat (28,2%) artıb.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi depozit portfeli 1 milyard 348 milyon 87 min manat təşkil edirdi. Bu məbləğin 636 milyon 245 min manatı fiziki, 711 milyon 842 min manatı isə hüquqi şəxslərin depozitləri idi.