Azərbaycanın bank sektorunda sənaye sahəsinə yönələn kreditlərin həcmində fərqli dinamika müşahidə olunur. 2026-cı ilin fevralın 1-nə (yanvarın sonuna) sənayeyə verilən kreditlərin ümumi həcmi 2 milyard 731,2 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1 milyon manat və ya 1,5% artım deməkdir.
Bununla belə, ilin əvvəlindən bəri (ötən ilin sonuna nəzərən) sənaye portfelində 49,3 milyon manat (1,8%) azalma qeydə alınıb.
Xatırladaq ki, sənayeyə verilən kreditlər 2025-ci ilin sonunda 2 milyard 780,5 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 2 milyard 690,1 milyon manat təşkil edirdi.












