Rusiyanın “Sberbank”ı Qazaxıstan bazarını tərk edir.
Eləcə də bax: Aİ Rusiyanın əsas bankını - SWIFT-dən AYIRIB
FED.az xəbər verir ki, “Sberbank” və Qazaxıstanın “Bayterek” milli idarəetmə holdinqi Rusiya bankının Qazaxıstandakı törəmə bankını satmaq üçün müqavilə imzalayıb.
"Sberbank mövcud geosiyasi vəziyyəti rəhbər tutaraq və törəmə bankın müştərilərinin maraqlarından çıxış edərək Qazaxıstan bazarından çıxmaq qərarına gəlib", - deyə “Sberbank”dan bildirilib.
O da vurğulanıb ki, “Sberbank” Qazaxıstan müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməyə davam edəcək. (Apa)