Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketi çərçivəsində ölkənin əsas maliyyə qurumlarınan olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəlib.
Eləcə də bax: Avropa Rusiya neftinə qarşı embarqo qoydu – NEFT BAHALAŞDI
FED.az xəbər verir ki, qərar Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.
“Sanksiyalar paketi Rusiyanın ən böyük bankı olan “Sberbank”ın SWIFT-dən kənarlaşdırılması kimi ciddi tədbiri də nəzərdə tutur” - deyə Aİ Şurasının Prezidenti Şarl Mişel bəyan edib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın 7 bankı SWIFT-dən kənarlaşdırılmışdı. (Fins.az)