"Bank VTB Azərbaycan" 2023 cü ili 10 milyon 608 min manat xalis mənfəətlə başa vurub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bank 2 milyon 670 mi manat mənfəət vergisi ödəyib.
Bu dövrdə bankın faiz gəlirləri 26 milyon 949 min manat təşkil edib ki, bunun da 22 milyon 762 min manatı kreditlərdən əldə edilən faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 2 milyon 31 min manat (8,2%), kreditlərdən əldə edilən faiz gəlirləri 1 milyon 620 min manat (7,7%) artıb.
Faiz xərcləri isə 6 milyon 828 min manat təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 18 milyon 939 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 626 min manat və ya 16,1% çoxdur.
Hesabat dövründə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 8 milyon 23 min manat, xərcləri isə 23 milyon 360 min manat olub.
Əmək haqqı xərclərində 238 min manat artım baş verib, bu xərclər ötən ilin sonunda 14 milyon 245 min manat təşkil edib.
Bundan başqa ümumi və inzibati xərclər 6 milyon 345 min manat, amortizasiya 1 milyon 968 min manat digər xərcləri isə 802 min manat olub.
"Bank VTB Azərbaycan" ötən iin sonunda 24 milyon 900 min manat aktivlərə malik olub Akitvlər son bir ildə 11 milyon 407 min manat və ya 4,8% artıb.
Ötən ilin son rübündə "VTB Bank Azərbaycan" 187 milyon 120 min manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi son bir ildə 27 milyon 345 min manat (17,1%) böyüyüb.
Onun da 74 milyon 800 min manatını istehlak, 64 milyon 551 min manatını biznes kreditləri, 47 milyon 769 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2022-ci iin sonu ilə müqayisədə istehlak kreditləri, 4 milyon 367 min manat (6,2%), biznes kreditləri 14 milyon 365 min manat (28,6%), ipoetka kreditləri 8 milyon 613 min manat (22%) böyüyüb.
Ümumi kredit portfelinin 23 milyon 358 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 163 milyon 761 min manat olub ki, bu da son bir ildə 26 milyon 48 min manat, başqa sözlə 18,9% artım deməkdir.
Bankın öhdəlikləri 570 min manat və ya (0,4% artıb) və 158 milyon 845 min manat təşkil edib.
Depozit portfelinin həcmi 89 milyon 351 min manat olub ki, onun da 65 milyon 305 min manatı fiziki, 24 milyon 45 min manatı hüquqi şəxslərin paylna düşüb.
Fiziki şəxslərin əmanətləri 1 milyon 512 min manat (2,4%) artıb.
Bankın balans kapitalı 91 milyon 55 min manat təşkil edib kİ, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 milyon 836 min manat və ya (13,5%) çoxdur.