«Rabitəbank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından olan “Rabitəbank”ın gəlir mənbələrini təqdim edir.
"Rabitəbank" 2023-cü ilin III rübünün uğurlu maliyyə hesabatını - AÇIQLAYIB
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə, “Rabitəbank”ın ümumi gəlirləri 100 milyon 152 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 9-cu yeri tutur. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi –57 milyon 578 min manatı və ya 57%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 26 milyon 712 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 27%-i deməkdir. Daha 2 milyon 948 min manat isə “Rabitəbank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 3%-i. Qiymətli kağızlar bazarına yatırımlar isə “Rabitəbank”a 4 milyon 797 min manat gəlir gətirib – ümumi gəlirlərin 5%-i. Bunlardan əlavə “Rabitəbank” digər faiz və digər qeyri-faiz gəlirlərindən 4 milyon 854 min manat qazanıb – ümumi gəlirlərin 6%-i. Başqa banklara depozit və kredit ayırmaqla bank 3 milyon 263 min manat gəlir əldə edib yəni ümumi gəlirlərin 3%-i. Ümumiyyətlə, “Rabitəbank”ın ümumi gəlirlərində faiz gəlirləri 66%, qeyri-faiz gəlirləri 34% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
57 578 |
57% |
QK-a investisiyadan gəlir |
4 797 |
5% |
Digər banklara depozitlərdən gəlirlər |
2 701 |
2% |
Digər banklara kreditlərdən gəlirlər |
562 |
1% |
Komissiya haqları |
26 712 |
27% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 948 |
3% |
Digər faiz gəlirləri |
32 |
1% |
Digər qeyri-faiz gəlirləri |
4 822 |
5% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
100 152 |
100% |