Yay fəslinin bitməsinə sayılı günlər qalıb. Rabitəbank fəaliyyətə başlamasının 31 illiyi ilə əlaqədar mövsümün son gününədək nağd pul krediti üzrə faizləri aşağı saldı. Yay bitmədən arzularınızı gerçəkləşdirmək üçün bu fürsəti dəyərləndirə bilərsiniz. Uzunmüddətli ödəmə şərtləri sayəsində bu kampaniya ehtiyaclarınızı qarşılamağa kömək edəcək.
Belə ki, kampaniya çərçivəsində 30 000 AZN-dək nağd pul kreditini illik cəmi 10.5%-dən 48 ay müddətinədək əldə edə bilərsiniz. Komissiya isə 0% təşkil edəcək. Təklif yalnız 31 avqust 2024-cü il tarixinədək keçərlidir.
Nağd pul kreditini Rabitəbankın bütün filiallarından, əldə edə, bundan əlavə, həm “Rabita Mobile” tətbiqindən, həm də linkə keçid edərək elə indi sifariş edə bilərsiniz: https://rbt.az/yaykrdt
Həmçinin, başqa bankın kreditini Rabitəbanka transfer edən müştərilər üçün 0% komissiya nəzərdə tutulur. Qeyd edək ki, kredit götürənlər üçün sığorta tələbi yoxdur. Rabitəbankın sərfəli şərtlərlə təqdim etdiyi kampaniya avqustun 31-dək davam edəcək.
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Rabitəbank- Rahat bankçılıq!