2024-cü il avqust ayının 30-u, saat 17.00-da “Rabitəbank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti Müşahidə Şurasına həvalə edilmiş idarəetmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkibinin yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun təsdiqi.
2. Təşkilati və cari məsələlər.
Yığıncağın keçiriləcəyi ünvan– Bakı şəhəri, 28 May küçəsi 33.