“Ziraat Bank Azərbaycan” 2024-cü ilin ilk rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki,ilk rübü 4 milyon 394 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti son bir ildə 1 milyon 14min manat, başqa sözlə 30% artıb.
Bank bu dövrdə mənfəət vergisi ödəməyib.
Hesabat dövründə 11 milyon 727 min manat faiz gəliri əldə edib. Gəlirlərin 7 milyon 890 min manatı kreditlərdən əldə edilən gəlirlərin hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 2 milyon 251 min manat (24%), kreditlər hesabına əldə edilən faiz gəlirləri isə 495 min manat (7%) artıb.
Bu dövrdə faiz xərcləri 3 milyon 785 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 267 min manat və ya 50% çoxdur.
“ZiraatBank Azərbaycan”ın xalis faiz gəlirləri 7 milyon 942 min manat təşkil edib ki, bu da son bir ildə 985 min manat və ya 14% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 3 milyon 609 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 273 min manat (8%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 625 min manat (14%) artaraq 2 milyon 17 min manata, əmək haqqı xərcləri 197 min manat (20%) artaraq 1 milyon 194 min manata yüksəlib.
Bu dövrdə bankın əməliyyat mənfəəti də 6 milyon 371 min manat olub ki, bu da illik müqayisədə 633 min manat və ya 11% çoxdur.
2024-cü ilin ilk 3 ayında “ZiraatBank Azərbaycan” ASC 742 milyon 933 milyon manat akitvlərə malik olub. Aktivlər son 3 ay ərzində 106 milyon 249 min manat, başqa sözlə 17% artıb.
Bankın kredit portfeli 377 milyon 346 min manat təşkil edib.
Bankın öhdəlikləri də 101 milyon 970 min manat və ya 20% artaraq 621 milyon 679 min manata yüksəlib.
Depozit portfelində də böyümə müşahidə edilib. Belə ki, 2023-cü ilin sonu ilə müqayisədə 83 milyon 609 min manat (20%) artaraq 495 milyon 31min manata yüksəlib.
“ZiraatBank Azərbaycan”ın balans kapiatlı 4 milyon 278 min manat, yəni 4% artaraq 121 milyon 255 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 4 milyon 350 min manat (10%) artaraq 47 milyon 569 min manat təşkil edib.