13 yanvar 2026-cı il saat 11:00-da "Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Azərbaycan Respublikası, Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında olacaq.
İclasın gündəliyinə daxil olan məsələlər:
1. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması;
2. Nizamnaməyə əlavə və dəyişikliklərin olunması ilə əlaqədar Nizamnamənin yeni redaksiyada təsdiq olunması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim olunmalıdır.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.











