07 oktyabr 2025-ci il tarixdə saat 11:00-da "Yelo Bank" ASC-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin baş ofisində keçirilməsi nəzərdə tutulur.
Yığıncağa iclasın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması daxildir.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim olunmalıdır.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.