"Yelo Bank" ASC 2023-cü ilin son rübünü uğurla və yüksək göstəricilərlə tamamlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank ötən ilin sonunda 20 milyon 761 min manat xalis mənfəət əldə edib. 2022-ci ilin sonu ilə müqayisədə xalis mənfəət 4 dəfə artıb. Bu da dövrdə bank tərəfindən mənfəət vergisi ödənişi edilməyib.
GƏLİRLƏRDƏ ARTIM DİNAMİKASI VAR
"Yelo Bankın" faiz gəlirləri 112 milyon 631 min manat təşkil edib ki, onun da 106 milyon 966 min manatını müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər təşkil edib. Ümumi faiz gəlirləri 26 milyon 105 min manat (30,2%), kreditlərdən əldə edilən faiz gəlirləri isə 24 milyon 135 min manat (29,1%) artıb.
Faiz xərcləri isə 43 milyon 592 min manat olub ki, onun da 37 milyon 866 min manatını depozitlər üzrə faiz xərcləri təşkil edib. Əvvəlki ilin sonu ilə müqayisədə faiz xərcləri 10 milyon 899 min manat (33,3%), depozitlər üzrə faiz xərcləri isə 10 milyon 154 min manat (36,6%) artıb.
Xalis faiz gəlirləri isə 17 milyon 786 min manat (36%) artaraq 67 milyon 162 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 11 milyon 923 min manat, qeyri-faiz xərcləri isə 70 milyon 878 min manat təşkil edib. Gəlirlərdə 2 milyon 15 min manat (20,8%), xərclərdə isə 7 milyon 849 min manat (12,5%) artım baş verib.
Bundan başqa əmək haqqı xərclərində 3 milyon 314 min manat (10,2%) artım qeydə alınıb və hesabat dövründə 35 milyon 871 min manat təşkil edib.
"Yelo Bank"ın 2022-ci ilin sonundakı 3 milyon 782 min manatlıq əməliyyat zərəri də 2023-cü ilin sonunda 8 milyon 206 min manatlıq mənfəətə çevrilib.
BANK DAHA DA BÖYÜYÜR, AKİTVLƏRİ 91% ARTIB
2023-cü ilin sonunda "Yelo Bank"ın akitvləri 1 milyard 566 milyon 453 min manata yaxınlaşıb. Akitvlər 2022-ci ilin sonu ilə müqayisədə 90,7%, başqa sözlə 744 milyon 917 min manat artıb.
Bankın kredit portfelinin strukturunda da artım dinamikası baş verib. Belə ki. ümumi kredit portfeli 764 milyon 310 milyon manat, ondan istehlak kreditləri 207 milyon 637 min manat, biznes kreditləri 483 milyon 128 min manat daşınmaz əmlak kreditləri isə 73 milyon 544 min manat olub. Ümumi kredit portfeli 142 milyon 361 min manat (22,9%), istehlak kreditləri 54 milyon 188 min manat (35,3%), biznes kreditləri 87 milyon 127 min manat (22%), 1 milyon 46 min manat (1,4%) böyüyüb.
DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB -ŞİRKƏTLƏRİN ƏMANƏTLƏRİNİN HƏCMİNDƏ 5 DƏFƏDƏN ÇOX ARTIM
Hesabat dövründə bankın öhdəlikləri 722 milyon 118 min manat (96,9%) 1 milyard 467 milyon 384 min manat təşkil edib.
1 milyard 292 milyon 23 min manat depozit portfelinin 571 milyon 428 min manatını fiziki şəxslərin 720 milyon 595 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Ümumi depozit portfeli 719 milyon 722 min manat (2,3 dəfə), fiziki şəxslərin əmanətləri 135 milyon 563 min manat (31,1%), 584 milyon 160 milyon manat (5,3 dəfə) artıb.
"Yelo Bank"ın balans kapitalı 22 milyon 799 min manat (29,9%) artaraq 99 milyon 68 min manat təşkil edib.